Altayda güclü zəlzələ oldu

  • By Günel
  • 15 Fevral 2025 08:16

Altay Respublikasında (Rusiya Federasiyası) Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 08:48-də (Bakı vaxtı ilə 05:48) Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info