Amerikada dəhşətli zəncirvari qəza: 85 avtomobil toqquşdu / FOTOLAR

  • By admin
  • 28 Yanvar 2023 20:14

Amerikada şiddətli qar yağışlarının olduğu Viskonsin əyalətindəki bir yolda 85 avtomobilin qarışdığı qəzada 21 nəfər yaralanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 21 nəfərin yaralandığı olay zamanı avtomobillərdən biri aloblanıb.

Yük avtomobilləri və “TIR”ların çoxluq təşkil etdiyi qəza maşınları Əyalətlərarası I-39 magistral avtomobil yolunda yaşanıb. Hadisədən sonra yolun hər iki tərəfi nəqliyyata qapadılıb.

 

Tərcümə: Arzu M.

Gununsesi.info