Amnistiya ilə bağlı qərar layihəsi bu tarixdə Milli Məclisdə müzakirəyə çıxarılacaq

Milli Məclisdə amnistiya ilə bağlı qərar layihəsinin müzakirəyə çıxarılacağı tarix məlum olub.

Gununsesi.info xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin 19 dekabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

Gununsesi.info