“Anadolu” agentliyi İmamoğlunu məhkəməyə verdi

  • By admin
  • 01 İyun 2023 19:14

Türkiyənin “Anadolu” agentliyi İstanbul bələdiyyəsinin CHP-dən olan sədri Ekrem İmamoğlunu məhkəməyə verib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, agentlik İmamoğluya təzminat iddiası qaldırıb.

Buna səbəb bələdiyyə sədrinin “Anadolu” agentliyi  seçki nəticələri ilə bağlı işlətdiyi “Onlara inanmayın, aldanmayın. Onlar yalançıdırlar” ifadələridir.

Vurğulanıb ki, mətbuat orqanı təzminat olaraq İstanbul merindən 100 min türk lirəsi (8170 AZN) almaq niyyətindədir.

Gununsesi.info