Antalyada son 50 ilin leysanı - PARKLAR, TARLALAR MƏHV OLDU, MƏKTƏBLƏR BAĞLANDI

  • By admin
  • 12 Dekabr 2022 10:39

 

Türkiyənin Antalya bölgəsində güclü leysan yağışları selə səbəb olub.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbər görə, Antalyanın Kumluca rayonunda gecə saatlarında  yağan leysan  yağış nəticəsində çaylar daşıb, istixanaları və portağal bağlarını su basıb.

Leysan yol kənarındakı  avtomobilləri belə aparıb.

Daşqın nəticəsində insan tələfatı olmayıb.

Antalyanın bəzi bölgələrində təhsil bir günlük dayandırılıb.

Kumluca Bələdiyyə Başçısı Mustafa Köleoğlu istixanalarda da böyük ziyanın olduğunu bildirərək, “50 ildir belə bir şey görmədik. Sular birdən qalxıb maşınları sürüklədi. Hazırlıq vəziyyətindəyik”  deyə bildirib.

Sel Finikenin Yeşilyurt rayonunda da böyük fəsadlara səbəb olub. Avtomobilləri sel suları aparıb, istixanaları və sitrus bağlarını su basıb.

Günay

Gununsesi.info