Antiinhisar vəziyyətə etiraz edən kuryer işini itirdi - VİDEO

Pəhriz yeməklərini normativlərə uyğun hazırlamırdılar, irad bildirdim, təhdid etdilər.

Bu sözləri freshy.az – sağlam qidalanma üçün yemək çatdırma şirkətində kuryer işləyən Elton Qurbanov deyir.

Onun sözlərinə görə, hər şey AQTA-nın kuryerlər üçün təşkil etdiyi təlimdən sonra başlayıb.

Beləki, o, təlimdə öyrəndiklərini işdə tətbiq etmək istəyəndə şirkət rəhbəri Ramil adlı şəxsin sərt reaksiyası ilə qarşə qarşıya qalıb.

Elton Qurbanovun sözlərinə görə, işdən ayrılmaq istədiyini bildirdikdən sonra şirkət rəhbəri onu bloka atıb və maaşının bir hissəsini də ala bilməyib.