Argentinada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb

  • By admin
  • 16 Yanvar 2022 16:30

Argentinada son sutka ərzində koronavirusa 96 652 nəfər yoluxub.

Gununsesi.info xarici KİV-lərər istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi bununla da koronavirus infeksiyasına yoluxanların sayının 7 029 624 nəfərə çatdığını bildirib.

HTML tutorial

Son sutkada xəstəlikdən ölənlərin sayı 88 nəfər təşkil edib, indiyə qədər ölənlərin sayı isə 117 989 nəfərə çatıb.

Argentinada ümumilikdə 1 965 xəstə hazırda reanimasiyada qalmaqdadır, ölkə miqyasında xəstəxanalarda çarpayı fondu 42,6 faiz doludur.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölkədə ümumilikdə 82 026 588 doza vaksin vurulub.

 

Gununsesi.info