Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı onun oğlu Yaşar Babayev məlumat verib.
Oğlunun sözlərinə görə, 87 yaşlı Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.
***
Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a onun oğlu Yaşar Babayev məlumat verib.
Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib: “Həkimlər əllərindən gələni edir. Bu gün Təcili Tibii Yardım maşını ilə Bakıya aparacağıq”.












