ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib

  • Müəllif: Firuzə
  • 22 Avqust 2025 10:45

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev qurumun Müşahidə Şurasının sədri təyin edilib.

AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri təyin olunublar.

 

Gununsesi.info