Bu gün – 18 Noyabrda dünyada Uşaqların Cinsi İstismar və Cinsi Sui-istifadədən Müdafiəsi Günü qeyd olunur.
Avropa Şurasından Gununsesi.info-ya verilən məlumata görə, qurumun Baş Katibi Alain Berset bu önəmli tarixlə bağlı bəyanat yayıb.
Alain Berset müxtəlif mənbələrdən – təhsil və səhiyyə sektorları, uşaqlara dəstək xidmətləri, yardım xətləri, vətəndaş cəmiyyəti təşkilatları, uşaqların özləri və təşkilatları daxil olmaqla, məlumatların toplanmasının vacibliyini vurğulayıb.
O, deyib ki, bu məlumatlar daha yaxşı siyasətlər formalaşdırmaq, təqsirli şəxsləri məsuliyyətə cəlb etmək və cinsi sui-istifadənin qarşısını almaq üçün çox vacibdir.
“Bizim uşaqları qorumaq və cinayətkarları dayandırmaq istiqamətində fəaliyyətlərimiz effektiv olmaq üçün sübutlara əsaslanmalıdır. Bir çox dövlətlər hələ də cinayətlər üzrə yalnız əsas, zəruri ədliyyə məlumatlarını toplayır və ya əldə etdikləri məlumatlardan lazımi surətdə yararlanmır. Faktlar və rəqəmlər sadəcə hesabatlarda toplanıb qalmamalı, qərar verənlərə çataraq uşaqların təhlükəsizliyi sahəsəndə onların fəaliyyətninə istiqamət verməlidir. Məlumatların toplanması isə bu prosesin mühüm başlanğıcı və əhəmiyyətli bir sərmayədir”.
Günay
Gununsesi.info












