Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı bazar ertəsi günü Belarusa qarşı sanksiyalarını genişləndirib.

Bu barədə Gununsesi.info xarici  mediaya istinadən xəbər verir.

Yeni tədbirlər demokratiyanı, qanunun aliliyini və üzv dövlətlərin təhlükəsizliyini pozan hərəkətləri əhatə edir.

Sanksiyalar, Belarusdan Litvanın hava məkanına daxil olan meteoroloji şarların hava nəqliyyatını dəfələrlə pozmasından sonra tətbiq olunub. Aİ Şurası bildirib ki, bu yeni meyarlar xarici müdaxiləyə və məlumat manipulyasiyasına dəstək verən şəxsləri hədəf alacaq, həmçinin üzv dövlət ərazisinə icazəsiz girişləri əhatə edəcək.

Şəbnəm

Gununsesi.info