Avropa Komissiyasının sədri Ursula fon der Leyen genişmiqyaslı müharibənin başlanmasının ikinci ildönümündə Kiyevə gəlib.
Gununsesi.info xəbər verir ki, o, X sosial media platformasında stansiyadan bir foto yayımlayıb.
“Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci ildönümünü və Ukrayna xalqının müstəsna müqavimətini qeyd etmək üçün Kiyevdəyəm.
Biz Ukraynanı həmişəkindən daha qətiyyətlə dəstəkləyirik – maliyyə, iqtisadi, hərbi və mənəvi dəstək. Ölkə nəhayət azad olana qədər”, – deyə fon der Leyen yazıb.
Cümə günü yerli media öz mənbələrinə istinadən xəbər verib ki, Avropa Komissiyasının sədri hazırda Aİ Şurasına sədrlik edən Belçikanın baş naziri ilə birlikdə Kiyevə getməyi planlaşdırır.
Xatırladaq ki, bu həftə Ursula fon der Leyenin öz siyasi qrupundan əsas namizəd kimi seçildiyi rəsmən təsdiqlənib, ona görə də EPP seçkilərdə qalib gələrsə, o, ikinci dəfə Avropa Komissiyasına rəhbərlik etməlidir.
In Kyiv to mark the anniversary of the 2nd year of Russia’s war on Ukraine.
And to celebrate the extraordinary resistance of the Ukrainian people.
More than ever, we stand firmly by Ukraine.
Financially, economically, militarily, morally.
Until the country is finally free. pic.twitter.com/ZLWMbOxVFh— Ursula von der Leyen (@vonderleyen) February 24, 2024
Gununsesi.info