Avropa Məhkəməsi Əvəz Zeynallı ilə bağlı qərarını elan edəcək

  • By admin
  • 13 Yanvar 2023 17:46

 

Avropa İnsan Hüquqları Məhkəməsi gələn həftə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə qərarını elan edəcək.

Bu barədə Gununsesi.info-nun elektron poçtuna  Avropa Məhkəməsindən göndərilən məlumatda bildirilir.

“Müraciət edənlər qəzet və onun baş redaktorudur. Ərizə ərizəçi qəzetdə dərc olunmuş məqalə ilə bağlı, o cümlədən KİV-ə Dövlət Dəstəyi Fondunun (MDFDF) 135 illiyi ilə bağlı tədbirdən sonra onun icraçı direktorunu tənqid edən məqalə ilə əlaqədar ərizəçilərə qarşı qaldırılmış mülki diffamasiya prosesinə aiddir.  Vüqar Səfərli  diffamasiya və ictimai təhqirə görə dəymiş ziyanın ödənilməsini tələb edərək ərizəçiləri məhkəməyə verib. Yerli məhkəmələr məqalədə iddiaçıya münasibətdə əsassız, böhtan və təhqiramiz ifadələrin olduğunu müəyyən edərək iddianı təmin edib. Ərizəçilərdən üzrxahlıq dərc etmək və 5000 Azərbaycan manatı təzminat ödəmək tapşırılıb”.

 

Bu qərardan narazı qalan Əvəz Zeynallı Avropa Məhkəməsinə şikayət edib.

Tərcümə:

Afət