Avropa Yəhudiləri İcmasının təmsilçiləri Gəncədə olub – - FOTO

  • By admin
  • 18 Oktyabr 2020 14:33

Avropa yəhudiləri icmasının baş ravini Şneor Seqal Gəncə şəhərində olub.

Gununsesi.info-nun xəbərinə görə,Şneor Seqal Ermənistan hərbi birləşmələrinin raket hücumuna məruz qoyduğu məkanlara baş çəkib. Dağılmış evlərin yerinə gül dəstələri qoyan icma rəhbəri həlak olanların xatirəsini yad edib.

Gəncədən seçilən millət vəkili Naqif Həmzəyev icma rəhbərinə təşəkkürünü bildirib.

Millət vəkili bu ziyarəti İsrail xalqının Azərbaycana dəstəyi kimi dəyərləndirdiklərini bildirib.

 

“GününSəsi”