Azərbaycan ət idxalını 18% artırıb

  • By admin
  • 14 Avqust 2020 16:01

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində 28,7 min ton ət idxal edib.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 milyon ABŞ dolları (18,5%) çox, 129 ton (0,4%) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,87%-ni təşkil edib.

 

 

Gununsesi.info