Azərbaycan gəncinin beynəlxalq uğuru – 5 universitetdən qəbul

Azərbaycan gənci Ələsgər Ömərov Azər oğlu yüksək akademik göstəriciləri və beynəlxalq imtahan nəticələri ilə bir sıra nüfuzlu xarici universitetlərdən qəbul alıb.

Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin məzunu Ələsgər Ömərov paralel olaraq Böyük Britaniyanın LCPS International Foundation Programme proqramını Azərbaycandakı rəsmi təmsilçisi olan UFC (University Foundation Center)-də uğurla başa vurub.

Bununla yanaşı, Ələsgər Ömərov aşağıdakı universitetlərdən də qəbul alıb:
* University of Glasgow – Robotics and Artificial Intelligence, Böyük Britaniya;
* Ocean University of China – Computer Science, Çin;
* University College Leuven-Limburg (UCLL) – Computer Science, Belçika;
* Riga Technical University – Computer Science, (Latviya)

Ələsgər Ömərovu bu əlamətdar uğur münasibətilə təbrik edir, ona gələcək təhsil və peşə fəaliyyəutində yeni nailiyyətlər arzulayırıq.

 

 

Gununsesi.info