Azərbaycan güləşçisi dünya çempionatının qalibi olub

  • Müəllif: Admin08
  • 21 Oktyabr 2025 20:54

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.

Gununsesi.info xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələdə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.

Gununsesi.info