Azərbaycan müdafiə naziri Türkiyəyə səfər edib

  • Müəllif: Admin08
  • 08 Oktyabr 2025 19:50

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyəyə səfəri çərçivəsində general-polkovnik Zakir Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Gununsesi.info