Azərbaycan Ordusu onlara ağır zərbə endirəcək - Politoloq

  • By admin
  • 03 Sentyabr 2021 15:19

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı dəstələri Şuşa istiqamətində təxribata cəhd edib.

Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında deyib ki, ermənilər təxribatlar törədərək bizi qıcıqlandırmaq istəyirlər. O əlavə edib ki, ermənilər istəyirlər ki, Fransa kimi digər dövlətlər də onları müdafiə etsin: “İstəyirlər ki, Fransa kimi digər dövlətlər də onları müdafiə etsin. Dünya ölkələri onlara dəstək olsa belə, bu, bizi dayandıra bilməz. Çünki bizim başqa bir dövlətin torpağında gözümüz yoxdur. Azərbaycan Ordusu törədilmiş bütün təxribatların qarşısını alır və layiqli cavab verir. Ermənilər belə təxribatlar törətdikcə Azərbaycan Silahlı Qüvvələri onlara daha da ağır zərbə endirəcək”.

F.Sadıqov vurğulayıb ki, Ermənistan tərəfi daha da azğınlaşıb: “Qanunsuz terrorçu qruplaşmalar təxribatlar törədərək bizi qıcıqlandırmağa davam edərsə, anti-terror əməliyyatları başlaya bilər. Biz müharibə olmasının tərəfdarı deyilik və sülh sazişinin bağlanmasını təklif edirik. Ermənilər isə bölgədə sülhün olmasını istəmir və yeni münaqişə yaratmaq fikirlərindən dönmürlər. Onlar bizə qarşı hansı addımlar atsalar, biz də adekvat cavab verəcəyik. Azərbaycan tərəfi bundan sonra da ermənilərə layiqli cavab verəcək. Ermənilər öz çirkin əməllərindən əl çəkməsələr, Azərbaycan Ordusu onlara ağır zərbə endirəcək”.

Gununsesi.info