“Taliban”a AĞIR ZƏRBƏ Böyük itkilərlə geri çəkilir

  • By admin
  • 03 Sentyabr 2021 15:23

Əhməd Məsudun rəhbərlik etdiyi Əfqanıstan Milli Cəbhəsi Pərvan əyalətinin mərkəzi olan Çarikar şəhərini ələ keçirib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Milli Cəbhə məlumat yayıb.

Bundan başqa, Bədəxşan vilayətinin 4 qəzası da taliblərdən təmizlənib. Hazırda Taliban qüvvələri ilə döyüşlər Tacikistan sərhədindəki Tahar əyalətində gedir.

Məlumata görə, hərbi-taktiki üstünlük Əhməd Məsudun qüvvələrinin tərəfindədir və taliblər böyük itkilər verərək geri çəkilirlər.

Milli Cəbhənin məlumatına görə, hələ də onlarla talibin meyiti döyüş meydanında qalıb. Hovak aşırımında Taliban azı 100 döyüşçüsünü itirib. Şotul qəzasında onların qruplaşmaları tamamilə məhv edilib, Salanq rayonundakı qüvvələr isə mühasirəyə alınıb.

Gununsesi.info