Azərbaycan-Türkiyə-Türkmənistan XİN başçılarının görüşü olacaq

  • By admin
  • 11 Yanvar 2021 16:01

“Yanvarın 13-də İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”.

Gununsesi.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ayrıca ikitərəfli görüş də gerçəkləşdirəcəyik. Həmçinin gələcəkdə Türkiyə-Türkmənistan-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”, – o deyib.

Gununsesi.org