Azərbaycanda bir ailənin üç üzvü koronavirusdan öldü

  • By admin
  • 07 May 2021 16:40

Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.

Gununsesi.info xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən – Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcova Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.