Azərbaycanda dəhşətli avtobus qəzası:

  • By admin
  • 11 May 2022 11:38

Sumqayıtda “Hyundai” markalı mikroavtobus aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb.

Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info