Məşhur moda evinin dünyaya səs salan addımı - FOTOLAR

  • By admin
  • 11 May 2022 11:29

Məşhur moda evi “Balenciaga”nın yırtıq, köhnəlmiş və sanki zibillikdən tapılmış təsiri buraxan ayaqqabı modelləri gündəm olub. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Balenciaga”nın ultra köhnəlmiş “Zombi papuşları” 100 ədəd olmaqla məhdud sayda buraxılıb. Lakin bu nimdaş modellərin dəyəri 1850 dollardır. Eyni modelin köhnəlməmiş versiyası isə 300-400 avro arasındadır.

Məsələ ilə bağlı məşhur modelyer Raşit Bağzıbağlı şərh verib. O bildirib ki, bu, gündəm olmaq üçün atılan addımdır.

“Moda ilə bağlı görülən hər işi ciddi qəbul etmirəm, ümumiyyətlə moda ciddi qəbul edəcəyiniz şey deyil. Qiyməti də adi marka ayaqqabısı dəyərinədir. Tamamilə bazar və reklam strategiyasıdır. Təbii ki, bəyənmədim. Havayı versələr, hətta üstünə pul da təklif etsələr, geyinmərəm”, – dəb eksperti qeyd edib.

Gununsesi.info