Azərbaycanda dəhşətli hadisə – İçində insanlar olan avtomobil yandı

  • By admin
  • 02 Fevral 2021 16:36

Sabirabad rayonunda avtomobil yanıb.

Gununsesi.info xəbər verir ki, Moranlı kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı yanıq xəsarətləri almış 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info