İŞƏ QƏBULDA – DİPLOM VƏ TAPŞIRIQ
İşsiz: Salam.
Müdir: Salam. Buyurun, xoş gəlmisiniz.
İşsiz: İş üçün gəlmişəm. Gözətçi işi.
Müdir: Lap yaxşı. Sizi kim göndərib?
İşsiz: Bakı Dövlət Universiteti.
Müdir: Yox e, düz anlamadınız. Yəni, hansı müəllim?
İşsiz: Mühafizə İşinin Təşkili fakültəsi.
Müdir: Bağışlayın, bizə Gözətçi işi ilə sizinlə bağlı zəng gəlməyib.
İşsiz: Axı, sizdə Mühafizə boşdur. Mən də elə mühafizəni bitirmişəm. Diplomum da var, budur e.
Müdir: Bizə işə kimi götürməklə bağlı ağıl öyrədəcəksən?
İşsiz: Bağışlayın. Üzr istəyirəm. Siz əsəblərinizi mühafizə edə bilməsəniz də, mən öz əsəblərimi mühafizə etməliyəm. İşsiz dilxor vəziyyətdə qapını örtür, çıxır bayıra.
Nəticə: 4 illik əziyyət, bu cür savad bir heç sayılır. “Yuxarıdan” deyilən 5-6 “kəlmə”, ayaq-baş qurulan cümlə ilə iş bitir.
P.S. Adamın diplomu yox, adamı olar, adamı…
Arzu Sayadoğlu