Azərbaycanda dəhşətli hadisə: Yaralıların kimliyi bilindi – YENİLƏNİB

  • By admin
  • 11 Dekabr 2023 17:37

Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, yaralılar Qusar rayon sakinləri – Liana Nəriman qızı Mikayılova, Lamunat Misənnif qızı Bədəlova, Milyanə Vəzirxan qızı Şıxzadayeva, Ruslan Əmiraslan oğlu Əmiraslanov, Aksana Mövlud qızı Beydiyeva və Aysel Mayis qızı Cavadovadır.

Xəsarət alanların hamısı təcili tibbi yardım briqadasınin köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

———-

16:24

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən bildirir ki, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.

Gununsesi.info