Azərbaycanda son sutkada 191 nəfər koronavirusa yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib

  • By admin
  • 08 Oktyabr 2020 15:51

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 41 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1 689 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 280, ötən müddət ərzində isə ümumilikdə 1 156 938 test aparılıb.

 

 

Gununsesi.info