Azərbaycanda vəzifəli şəxslərin silahla fotosu yayıldı - DİN-dən AÇIQLAMA

  • By admin
  • 20 Dekabr 2021 21:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru və müavininin silahla şəkili yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun “Kalaşnikov” avtomatı və tüfənglə şəkilləri yayılıb.

Bildirilib ki, fotonu Adəm İsmiyev öz “WhatsApp” hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkli silib.

Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun “Kalaşnikov” avtomatı və tüfənglə yayılan şəkillə bağlı açıqlama verib. DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır: “Məsələdən məlumatlıyıq”.

Gununsesi.info