Azərbaycanda vaksin sınağı: Koronavirusdan müdafiə 4 dəfə artdı

  • By admin
  • 27 Sentyabr 2021 16:58

Azərbaycanda COVID-19 virusuna qarşı AstraZeneca və “Sputnik Layt” vaksinlərindən birgə istifadə olunub.

Gununsesi.info Rusiya Birbaşa İnvestisiyalar Fonduna isitnadən xəbər verir ki, təcrübələrdə iştirak edən əksər insanlarda virusu neytrallaşdıran antitellərin sayının 4 dəfə artdığı müəyyən olunub.

Azərbaycanda keçirilən təcrübə zamanı AstraZeneca vaksini vurulduqdan 29 gün sonra “Sputnik Layt” vaksininin ilk komponenti vurulub. 2021-ci ilin fevralından aparılan təcrübələrdə 100-ə qədər könüllü iştirak edib.

Gununsesi.info