Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların SAYI

  • Müəllif: Firuzə
  • 30 İyul 2025 12:42

Azərbaycanda hazırda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı 276 nəfərdir.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onların 41-i kişi, 235-i qadındır.

Ən yaşlı pensiyaçı isə 135 yaşlı Lənkəran sakini Tamam Əli qızı Əzizovadır.

Gununsesi.info