Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı AÇIQLANDI

  • By admin
  • 16 Aprel 2021 17:11

Hesabat ilində ölkədə olma və yaşama qaydalarını pozan 6 377 əcnəbi müəyyənləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Məlumatda bildirilib ki, həmin əcnəbilər inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, 654 nəfərin isə deportasiyası həyata keçirilib.