Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 23% azalıb

  • By admin
  • 14 Sentyabr 2020 16:00

Bu il yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 16,571 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,65% azdır.

Bu ilin ilk 8 ayında xarici ticarət dövriyyəsinin 9,88 milyard dolları ixracın, 6,69 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,9%, idxal isə 28,7% azalıb.

Son nəticədə xarici ticarətdə 3,19 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 22,9% azdır.

Gununsesi.info