“Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik” - İBRAHİM KALIN

  • By admin
  • 04 Oktyabr 2020 16:41

“Biz həm siyasi, həm mənəvi baxımdan, həm də hərbi razılaşmalar çərçivəsində logistika olaraq Azərbaycanın yanındayıq, yanında da olmağa davam edəcəyik”.

Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın söyləyib.

“Dağlıq Qarabağ probleminin həlli Ermənistanın Azərbaycan ərazilərini işğala son qoymasındadır. Bu qədər sadə. Ədalətə söykənməyən davamlı sülh yaratmaq mümkün deyil”, – o vurğulayıb.

Gununsesi.info