Azərbaycanlı cərrahdan xərçəng xəstələrinə CİDDİ XƏBƏRDARLIQ

  • By admin
  • 20 Mart 2022 13:03

Bəzi insanlar xərçəng xəstəliyindən xilas olmaq üçün türkəçarə üsulu ilə sarıkök, sarımsaq və s. kimi məişətdə istifadə olunan məhsullardan istifadə etməyə maraq göstərirlər. Misal çəkə bilərəm ki, bu üsuldan istifadə edən bir xəstəmizin vəziyyəti əvvəlkindən daha çox ağırlaşaraq öz həyatını itirməsinə səbəb olub. 

Gununsesi.info xəbər verir ki, bu sözləri cərrah-onkoloq Elgün Səmədov deyib.

Həkim xərçəng kimi ağır bir xəstəliyi xalq təbabəti üsulları ilə müalicə edən insanları diqqətli olmağa çağırıb:

“Çalışın həkim rəyi, nəzarəti olmadan digər üsullara əl atmayasınız”.