Azərbaycanlı həkimdən rus arağı içənlərə xəbərdarlıq: “Əsla yaxın durmayın!”

  • By admin
  • 01 Mart 2022 13:41

Bir sıra xarici ölkələrdə Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq rus araqlarından imtina kütləvi hal almağa başlayıb. Məqsəd həm də Ukrayna ilə həmrəylik nümayiş etdirməkdir.

 

ABŞ və Kanadanən bəzi əyalətlərində artıq Rusiya istehsalı olan araqlar mağazaların piştaxtalarından yığışdırılıb.

 

Bu arada Azərbaycanda da Rusiya araqlarına qarşı çağırış səsləndirilib. Ancaq bu çağırış Rusiya-Ukrayna müharibəsilə bağlı deyil, rus araqlarının keyfiyyətsizliyindən irəli gəlib.

Gununsesi.info xəbər verir ki, tanınmış həkim Səxavət Əlisoy bildirib ki, Rusiya araqları Çinin süni buğdadan aldığı spirtdən hazırlanır ki, bu da sağlamlığa ciddi təhlükədir:

“Bildiyiniz kimi Rusiya zavodları araq-pivə istehsalı üçün lazım olan buğda spirtinin çox böyük qismini əvvəllər Ukraynadan alırdı.

2014-cü ildə Krımın işğalından sonra Ukrayna Rusiyaya buğda spirti vermədi.

Bilməniz lazımdır ki, Rusiya bütün ərazisində buğda əksə belə, rusların tələbatını ödəyəcək miqdarda spirt əldə edə bilməz.

Odur ki, Rusiya əvvəl Qazaxıstandan, sonra Çindən buğda spirti almağa başladı.

Bu da yetmədi. Rusun araqsız qalma ehtimalı vardı və bu çox baha başa gələ bilərdi Kremlə. Yol tapıldı.

Çin rusların arağa olan tələbatını ödəmək üçün süni buğdadan alınmış spirti dövrəyə soxdu.

Nəticədə rusların arağa olan tələbatı tam təmin olundu və süni məhsulun qiyməti belə aşağı düşdü ki, bu da rusları çox məmnun etdi”.

 

S.Əlisoy bildirib ki, süni buğda spirti təhlükəlidir. Süni buğda spirti qan-damar və mərkəzi sinir sisteminə toksiki təsirə malik.

“İçənlərdən tez-tez eşitmək olur: İndiki Rusiya araqlarının keyfiyyəti yoxdur, su kimidir, nə qədər içirsən kefləndirmir və sair

Belə spirtdən hazırlanan pivənin də insan orqanizminə zərəri çoxdur…”.

Həklim araq içənlərə məsləhət də verib:
“1. Ümumiyyətlə, içməyin. Bunu həkim kimi demək borcumdur.

2. Həkim deyəni eşitmirsinizsə, o zaman təbii yolla çəkilmiş milli məhsullardan qəbul edin.

3. Nəhayət, əsla Rusiya istehsalı olan araq və pivəyə yaxın durmayın”.

Gununsesi.info