Azərbaycanlı müğənni yeni dəbdəbəli evini nümayiş etdirdi - VİDEO

  • By admin
  • 01 Aprel 2022 18:12

“Xəzər” kanalında yayımlanan “Evdəkilərə salam” proqramının komandası bu dəfə müğənni Bahar Lətifqızının evində qonaq olub.

Bahar aparıcı Aytəkin Mərdanova ilə yeni köçdüyü dəbdəbəli və geniş mənzilinin hər bir otağını qarış-qarış gəzərək nümayiş etdirib. İfaçının paytaxtdakı binalardan birində yerləşən mənzilinin dizayını və mebelləri klassik üslübu ilə diqqət çəkib. Çəkiliş komandasının orada olduğu gün Baharın ad gününə təsadüf edib.

İfaçını sənət dostları yalnız qoymayıb. Lətifqızının qonaqları arasında müğənni Mirələm Mirələmov, Günel Məhərrəmli və digərləri olub.

Müğənni otaqları gəzərkən qardaşı ilə olan fotosu daha çox diqqət çəkib. Uşaq evində böyüyən Baharın hazırda iki qız övladı var. Sənətçi qızlarına diqqət, qayğı, sevgi verdiyini, yeri gələndə isə onlara həm ata, həm də ana olduğunu deyib.

Gununsesi.info