Putin Təhlükəsizlik Şurasını təcili topladı

  • By admin
  • 01 Aprel 2022 18:09

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

Gununsesi.info-nun məlumata görə, iclasda daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üçün əlavə tədbirlər müzakirə edilib.

Videokonfrans rejimində keçirilən iclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

Gununsesi.info