“Azəriqaz” podratçı şirkətin səhvini düzəltdi - VİDEO

  • By admin
  • 08 Avqust 2022 11:47

Sosial şəbəkələrdə paytaxt küçələrinin birində qaz xəttinin insanların hərəkət etdiyi səkinin üstündən keçməsinə dair video görüntülər paylaşılıb.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Gununsesi.info-ya açıqlamasında bu məsələdən xəbərdar olduqlarını və problemin dərhal aradan qaldırıldığını deyib.

Onun sözlərinə görə, həmin xəttt özəl müəssisələr üçün podratçı şirkət tərəfindən çəkilib: “Bu, həmin şirkətin məsuliyyəti olsa da insanların narahatçılığını nəzərə alan “Azəriqaz” özü həmin xəttin yerini dəyişdi.

Gununsesi.info