Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkədə keçirilən BMT-nin Şəhərsalma Forumuna münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, o bildirib ki, COP29-dan sonra BMT-nin ən böyük tədbirlərindən biri olan bu forumun Azərbaycanda təşkili ölkənin beynəlxalq etimada sahib olduğunu göstərir.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın namizədliyinin qəbul edilməsi prosesində müəyyən diplomatik rəqabət olsa da, yekun qərarın ölkəmizin lehinə verilməsi bir sıra mühüm amillərlə bağlıdır.
O, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və əmin-amanlığın, eləcə də Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi üzrə formalaşmış təcrübəsinin bu seçimdə əsas rol oynadığını qeyd edib.
Orxan











