Konkisürənimiz dünya çempionatına vəsiqə qazandı

  • By Günel
  • 24 Yanvar 2025 19:49

Azərbaycanın beynəlxalq fiqurlu konkisürəni Arina Kalugina dünya çempionatına vəsiqə qazanıb.

Gununsesi.info xəbər verir ki, ilk dəfə ölkəni beynəlxalq fiqurlu konkisürmə yarışında təmsil edən yeniyetmə idmançı Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında mübarizə aparıb.

Qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 21 idmançı arasında 173.64 xal toplayaraq üçüncü olub və mundialda iştirak hüququ qazanıb.

Gununsesi.info