“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

 

Gununsesi.info Qafqazinfo-ya istinadən məlumat verir ki, Şahmar Hüseynov müvafiq əmrlə İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

 

Onun əvəzinə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

 

Qeyd edək ki, Ə. Qurbanov 26 aprel 1967-ci ildə Siyəzən rayonunda anadan olub. O, əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində  çalışıb. 1998-ci ildən fəaliyyətini BP şirkətində davam etdirib.

2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Xatırladaq ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Qeyd edək ki, SOCAR-da kadr dəyişiklikləri aparılır. Belə ki, mart ayının 11-də SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev də vəzifəsindən azad edilib.

Fotoda Əli Qurbanov