Bəhramdan sonra anası da koronavirusa yoluxdu

  • By admin
  • 28 Dekabr 2020 20:29
Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə B.Bağırzadə özü məlumat verib.

Onun sözlərinə görə, anası, 74 yaşlı Tahirə Əfəndiyeva komaya düşüb və hazırda ağır vəziyyətdədir.

Əməkdar artist anasına təcili qan köçürülməsinin lazım olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Əməkdar artist Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu. Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. Müalicələrdən sonra B.Bağırzadə sağalıb.

Gununsesi.info