Bəşəriyyətin nadir şəxsiyyətlərindən idi - AVP SƏDRİ HEYDƏR ƏLİYEVDƏN YAZDI

  • By admin
  • 12 Dekabr 2022 12:38

12 Dekabr Azərbaycan xalqının taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan ümummilli lider, Ulu öndər Heydər Əliyevin anım günüdür.

Tarixi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyev taleyin qisməti ilə 12 Dekabr 2003 – cü ildə öz sevimli xalqından cismən ayrılmışdır.

Misilsiz əməlləri ilə xalqın sevgisini qazanan Ulu Öndər Heydər Əliyev illər ötsədə qədir bilən Azərbaycan Xalqının qəlbində unudulmaz lider olaraq yaşayacaqdır.

Bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan Ulu öndərimizin ruhu qarşısında baş əyir, Uca Tanrıdan ona rəhmət diləyirəm.

Fəzail Ağamalı,

Millət Vəkili

Ana Vətən Partiyasının sədri

12 Dekabr 2022 – ci il