Bağdadda iğtişaşlar zamanı ölənlərin sayı artdı

  • By admin
  • 30 Avqust 2022 09:47

Bağdadın nüfuzlu şiə xadimi Müqtəda əs-Sədrin siyasətdən getməsindən sonra ölkədə baş verən etiraz aksiyaları zamanı ölənlərin sayı artıb.

Gununsesi.info “Associated Press”ə istinadən xəbər verir ki, paytaxtda atışma, gözyaşardıcı qazdan istifadə və polislə toqquşma nəticəsində 15 nəfər ölüb, onlarla etirazçı isə yaralanıb.

Xatırladaq ki, avqustun 29-u Bağdaddakı Respublika Sarayında İraqın nüfuzlu şiə xadimi Müqtəda əs-Sədrin tərəfdarları ilə hüquq-mühafizə qüvvələri arasında toqquşmalar baş verib. Belə ki, Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra onun yüzlərlə tərəfdarı Bağdadın “yaşıl zona”sına soxulub. Etirazçılar həmçinin İraq hökumətinin qərargahı olan Respublika Sarayına daxil olublar.

Qeyd edək ki, iyulun sonundan etibarən Bağdadda Müqtəda əs-Sədr tərəfdarlarının etirazları yenidən başlayıb. Avqustda isə əs-Sədr ölkənin məhkəmə sistemini parlamenti buraxmağa, ölkə prezidentini isə qanunverici orqana erkən seçkilərin tarixini təyin etməyə çağırıb. Lakin İraqın Ali Məhkəmə Şurası bu təklifdən imtina edib.

Gununsesi.info