Bakı Dövlət Sirkində “Hünər Meydanı”

  • By admin
  • 09 Noyabr 2021 11:56

“Hünər Meydanı” adlı sirk proqramı ilk olaraq 8 noyabrda Bakı Dövlət Sirkində  nümayiş olunub.

Gununsesi.info xəbər verir ki, proqramın nümayişindən öncə milli truppa və rusiyalı sirk ustaları ilə  birgə şəhərin mərkəzinə  Zəfər yürüşü  təşkil edilib.

 

Bundan başqa “Dəmir yumruq” videoçarxı nümayiş olunandan sonra   sirk nömrələri təqdim olunub.

8 və 9 noyabr tarixlərində təqdim olunan sirk proqramı öncə Qarabağ savaşlarında mərdlik, igidlik və şücaət göstərən qəhrəmanlarımızın övladları və ailələri üçün  xeyriyyə məqsədi ilə təşkil  edilib.

 

“Hünər Meydanı” adlı sirk proqramı 8 və 9 noyabr tarixlərindən  sonra həftənin cümə günü bir,  şənbə və bazar günləri isə  iki  seans  olmaqla  digər tamaşaçılar üçün nümayişi  nəzərdə tutulub.

Proqramda  akrobat, kaskadyor, gimnast, ekvilibrist, virtuoz kəndirbaz və güc ekstremallarının  əyləncəli çıxışlarına  yer verilib. Bundan başqa tamaşçıları  bu proqramda  moto və rəqs şousu da gözləyir.

Sirk tamaşası 2022 – ci ilin 10 yanvar tarixinə  kimi Bakı Dövlət Sirkinin repertuarında olacaq.

Qeyd edək ki, tamaşaçılar proqramın  biletini online olaraq https://iticket.az/ saytından əldə edə bilərlər.

Eyni zamanda  biletlər iticket.az –ın canlı satış məntəqələri vasitəsi ilə də satılacaq.

Əlaqə nömrələri  (+99412) 597 31 81
+994 55 775 27 27

Gununsesi.info