Bakı metrosunda panika

  • By admin
  • 10 İyun 2022 09:40

Bu gün Koroğlu metrostansiyasında insan sıxlığı qatarın hərəkətinə mane olub. 

Hadisə yerində olan Publika.az-ın əməkdaşının məlumatına görə, qatar hərəkət etmək istəyən zaman sıxlıq səbəbilə sərnişinlərə xəbərdarlıq edilib.

Qatar hərəkət edən zaman isə sərnişinlərin qışqırığı platformaya yayılıb, ehtimal olunur ki, qapılar arasında qalıb xəsarət alanlar var.

Eyni hal ikinci dəfə təkrarlanıb, həm platformada, həm də qatarın daxilində ikinci dəfə panika yaşanıb. Maşinist qısa müddət sonra qatarın hərəkətini davam etdirib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, narahatlığa əsas yoxdur:

“Sadəcə hər zaman olduğu kimi Koroğlu metrostansiyasında həddindən artıq sıxlıq müşahidə olunur. Qatarların gecikməməsi üçün işçilər mümkün olduğu qədər çalışırlar”.