Bakı Türkiyə-Ermənistan əlaqələrinin bərpasını DƏSTƏKLƏYİR

  • By admin
  • 12 Mart 2022 13:00

“Biz Ermənistana qarşı müsbət addımlar atmağa, səmimi olmağa çalışdıq. Əlbəttə, bu istiqamətdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da xüsusi əhəmiyyətə malikdir”.

Gununsesi.info xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan tərəfi diplomatik əlaqələrin bərpası üçün əlindən gələni edir:

“Çünki qonşuluq əlaqələri regional əməkdaşlıq baxımından çox əhəmiyyətlidir”.

Gununsesi.info