“Youtube” rus kanallarını bloklayır

  • By admin
  • 12 Mart 2022 12:56

“YouTube” platforması bütün rus kanallarını bloklayacağını elan edib.

Gununsesi.info xəbər verir ki, “YouTube” münaqişələrin davam edəcəyi təqdirdə əlavə tədbirlər görə biləcəyini də bildirib.

Qeyd edək ki, “YouTube” həmçinin nifrət nitqi və dezinformasiyaların müxtəlif siyasət qaydalarını pozduğu üçün Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı 1000-dən çox kanalı və 15 000-dən çox videonu silib.

Gununsesi.info