Bakı Vaşinqtonu tarixi səhvə yol verməməyə çağırır

  • By admin
  • 23 Aprel 2021 20:31

“Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaq”.

Gununsesi.info bildirir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Co Baydenin “erməni soyqırımı”nı tanımağa hazırlaşması planları barədə kütləvi informasiya vasitələrinin məlumatlarını şərh edərkən bildirib.

“Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaq”, – o deyib.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır.

“Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək”, – Hikmət Hacıyev vurğulayıb.

Gununsesi.info